Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
677
22.03.2025, 23:19
Rusiya lideri Vladimir Putin Ukraynada mümkün sülh danışıqları zamanı heç nəyi riskə atmaq istəmir, onun böyük planları var.
Oxu24.com xəbər verir ki, bu barədə CNN-nin analitik materialında deyilir.
"Rusiya lideri və ətrafı açıq şəkildə bəyan edir ki, strateji məqsədləri dəyişməz olaraq qalır. Sülhdən danışsa da, Kreml münaqişənin "əsas səbəblər"inin aradan qaldırılmasında israrlıdır. Bura Ukraynanın suverenliyinin ləğvi, hökumətin (Prezident Volodimir Zelenskinin) dəyişdirilməsini və NATO-nun Şərqi Avropadakı təsirinin məhdudlaşdırılması daxildir.
Putin 2022-ci ildə Kiyevdə rusiyapərəst rejim qurmaq, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə genişmiqyaslı işğala başlayıb. Döyüş meydanında uğursuzluğa düçar olsa da, bu məqsədindən dönməyib", - materialda vurğulanır.
Mənbə qeyd edir ki, Rusiyanın başqa ölkədə məqsədlərinə nail olmasının ən asan yolu hərbi variant yox, müdaxilə və seçki prosesidir:
"Ona görə də Kreml Zelenskinin legitimliyinə şübhə ilə yanaşır və seçkilərdə israr edir, bu prosesdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Putin həm də Ukraynanın neytral dövlət olaraq qalmasını və NATO-ya üzv olmamasını istəyir".
Həmçinin oxuyun
Kremlin qlobal ambisiyalarına gəlincə, CNN hesab edir ki, Putin Rusiyanın böyük dövlət statusunu bərpa etməyə və ABŞ-nin dünyada təsirini zəiflətməyə çalışır: "Bu məqsədlə Qərbin əleyhdarları olan ölkələrlə - Çin, Şimali Koreya, İran və digərləri ilə koalisiya yaradır".
Analitik Monika Uaytın fikrincə, Rusiya bütün mühüm danışıqlar masasında olmaq istəyir, sabitliyi pozmaqla proseslərdə aparıcı rol oynamağa çalışır.
"Putin əmindir ki, Rusiya dünya nizamının müəyyən edilməsində iştirak etməlidir. Bəlkə də Vaşinqtonda onunla həmfikir olanlar var. Məsələn, Tramp hesab edir ki, dünyanın ən qüdrətli ölkələri ərazilərin yenidən bölüşdürülməsi olsa belə, öz mülahizələri ilə hərəkət etmək hüququna malikdir", - materialda bildirilir.
Siyasi ekspert Mark Qaleotti bu barədə söyləyir: "Trampın nöqteyi-nəzərindən Ukrayna ABŞ və Rusiya arasında razılaşmanı qəbul etməli olan vassal dövlətdir".
20:16 / 14 Dekabr 2025
11
19:55 / 14 Dekabr 2025
37
19:50 / 14 Dekabr 2025
25
19:36 / 14 Dekabr 2025
34
19:27 / 14 Dekabr 2025
94
19:22 / 14 Dekabr 2025
52
18:57 / 14 Dekabr 2025
1868
17:55 / 14 Dekabr 2025
711
16:45 / 14 Dekabr 2025
1146
15:41 / 14 Dekabr 2025
908
15:09 / 14 Dekabr 2025
86
14:56 / 14 Dekabr 2025
186
14:08 / 14 Dekabr 2025
2142
13:58 / 14 Dekabr 2025
107
13:27 / 14 Dekabr 2025
123
13:18 / 14 Dekabr 2025
102
13:09 / 14 Dekabr 2025
140
12:54 / 14 Dekabr 2025
537
12:18 / 14 Dekabr 2025
1100
12:06 / 14 Dekabr 2025
2331
11:38 / 14 Dekabr 2025
111
11:30 / 14 Dekabr 2025
777
11:22 / 14 Dekabr 2025
86
10:43 / 14 Dekabr 2025
1134
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.